Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb

Xəbərlər

23.06.2022 - 17:59

Penitensiar Xidmət: Hazırda onun vəziyyəti normaldır

Həbsdə olan "Müsəlman Birliyi" hərəkatının rəhbəri Taleh Bağırzadə (Hacı Taleh) aclıq aksiyasını dayandırıb. AYNA xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən bildirilib. 

Qeyd edilib ki, Taleh Bağırzadə bir neçə saat öncə aclıq aksiyasını dayandırıb. Hazırda onun vəziyyəti normaldır.

Qeyd edək ki, T.Bağırzadə 20 gün idi ki, cəza çəkdiyi Qobustan həbsxanasında aclıq askiyası keçirirdi.

Müəllif: Ayna.az