Tailand BRİKS-in tamhüquqlu üzvü olmaq niyyətindədir

Dünya

06.12.2024 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

“Tayland BRİKS-in tərəfdaş ölkəsi olmaq dəvətini almaqdan məmnundur”

“Tayland BRİKS-in tərəfdaş ölkəsi olmaq dəvətini almaqdan məmnundur və Assosiasiyaya tamhüquqlu üzv olmağa çalışacaq”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Taylandın Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya Departamentinin baş direktoru və mətbuat katibi Nikondet Falanqkun deyib.

“Rəsmi səviyyədə biz hələ cavab verməmişik, çünki müəyyən daxili prosedurlardan keçməliyik. Təbii ki, biz BRİKS-in tərəfdaş ölkəsi olmaq üçün dəvət almağa şadıq. Bildiyiniz kimi, Tailand ən qısa zamanda BRİKS-in tamhüquqlu üzvü olmağa ümid edir. Məqsədimiz budur”, - deyə o bildirib.

Müəllif: Ayna.az