Ötən həftə 20 ailə köçürülüb
Mayın 14-də Şuşaya növbəti köç baş tutacaq. AYNA xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış şuşalıların bir hissəsi doğma şəhərinə yola salınacaq.
Qeyd edək ki, ötən həftə ilk mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər köçürülüb.