Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib

Xəbərlər

04.01.2021 - 09:42

Həkimlər Klinikalar SEO Xidməti

“Ərazini azad etmək üçün bizə yanvarın 5-dək vaxt verilib”

 

Ermənistanla sərhədin Qubadlı rayonuna aid sahəsində yerləşən Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. AYNA xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

 

Qeyd olunub ki, Azərbaycanın tarixi Zəngəzur, ermənilərin Sünik adlandırdığı rayonunda delimitasiya işləri aparılıb və Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib.

 

Məlumatı erməni sosial şəbəkələrində yerli kənd nümayəndələri də təsdiqləyirlər.

 

Şurnux kənd icmasının nümayəndəsi Hakob Arşakyan mediaya açıqlamasında bildirib ki, kənddəki 12 evin ərazisini əhatə edən sahə Azərbaycanın nəzarətinə keçib və sakinlər yanvarın 5-dək həmin evləri tərk etməlidirlər: “Ərazini azad etmək üçün bizə yanvarın 5-dək vaxt verilib”.

 

Hələlik Azərbaycan tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş