Suqovuşan su anbarına balıq körpələri buraxılıb

Xəbərlər

03.05.2024 - 16:57

cedabet dərman SEO Xidməti

20 min ədəd çəkikimi balıq körpəsi su anbarına buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına növbəti dəfə balıq körpələri buraxılıb. AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında  Polis İdarəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 20 min ədəd çəkikimi balıq körpəsi su anbarına buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş