Sunak: “İnanırıq ki, Azərbaycan və Ermənistan COP29-dan əvvəl sülhə nail olacaq”

Xəbərlər

14.03.2024 - 16:37

cedabet dərman SEO Xidməti

“Azərbaycan indi Ermənistanla uzun müddətdir davam edən münaqişəyə son qoymaq üçün tarixi imkana malikdir”

“Sizi Qlobal Bakı Forumuna ev sahibliyi etməyiniz münasibətilə təbrik edirəm”. AYNA xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Rişi Sunak bu gün XI Qlobal Bakı Forumunun rəsmi açılış mərasiminə göndərdiyi məktubda qeyd edib.

Sunak bildirib ki, Bakı noyabrda COP29-a ev sahibliyi edəcək: “İnanıram ki, Azərbaycan bu çətinliyin öhdəsindən layiqincə gələcək. Biz qlobal emissiyaları azaltmalıyıq. Böyük Britaniya neft və qaz hasil edən ölkə kimi öhdəliklərinə sadiqdir və biz ədalətli keçidi qəbul etməyin zəruriliyini başa düşürük. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün trilyonlarla vəsait cəlb edəcək iddialı nəticələr əldə etməliyik. Biz Azərbaycan, BƏƏ və Braziliyanın bu sahədə birgə fəaliyyətini də alqışlayırıq. Biz bu sahədə Qlazqoda əldə edilmiş təcrübəni bölüşməyə hazırıq”.

Baş nazir qeyd edib ki, Böyük Britaniya Xəzər dənizi üzərindən yeni nəqliyyat əlaqələrini dəstəkləyir: “Azərbaycan indi Ermənistanla uzun müddətdir davam edən münaqişəyə son qoymaq üçün tarixi imkana malikdir. COP29-dan əvvəl Cənubi Qafqazda sülhün əldə olunması daha mühüm inkişaf olardı”.

“Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələr inkişaf edir. Biz COP29 ilə bağlı Azərbaycanı dəstəkləməyə davam edirik. İnanırıq ki, Azərbaycan və Ermənistan COP29-dan əvvəl sülhə nail olacaqlar”, - deyə Baş nazir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş