Sumqayıtdakı ağır qəza ilə bağlı cinayət işi açılıb

Hadisə

26.05.2020 - 12:50

Hazırda istintaq aparılır

 

Bu gün Sumqayıtda beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsis ilə bağlı cinayət işi açılıb.

 

AYNA xəbər verir ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.

 

Qeyd edək ki, dəhşətli qəzada ölənlərdən dördü hərbi qulluqçulardır.

 

Xatırladaq ki, ki, bu gün səhər saatlarında Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində beş nəfər ölüb.

Müəllif: Ayna.az