Sumqayıtda vəzifəli şəxslər cərimələnib

Xəbərlər

15.07.2023 - 13:27

Altı nəfər vəzifəli və fiziki şəxs barəsində inzibati qaydada protokol tərtib olunub

Sumqayıtda sanitariya-gigiyena qaydalarını pozan altı vəzifəli və fiziki şəxs cərimələnib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən tədbirlərlə altı nəfər vəzifəli və fiziki şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə barələrində inzibati qaydada protokol tərtib olunub.

Bu istiqamətdə Sumqayıt şəhərində tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş