Ondan “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb
Sumqayıt şəhər sakinində silah-sursat aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həmzəyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb.