Sumqayıtda qazın verilişində fasilə olacaq

Xəbərlər

14.11.2023 - 23:11

Təmir işləri yekunlaşanadək qazın verilişi dayandırılacaq

Noyabrın 15-də Sumqayıtın bir neçə məhəllə və mikrorayonunda təbii qazın verilişində fasilələr yaranacaq. AYNA xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismarı Sahəsindən bildirilib.

Qeyd olunub ki, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən yaşayış binalarının qaz kəmərinin mənbəyə qoşulması ilə bağlı olaraq, Sumqayıt şəhəri 3, 41, 41A, 47, 76-cı məhəllələri, 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda yaşayan abonentlərin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Saat 12:00-dan etibarən işlər yekunlaşana qədər qazın verilişi dayandırılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş