Sumqayıtda ər arvadını bıçaqlayıb

Hadisə

19.10.2023 - 16:23

Həkimlər Klinikalar SEO Xidməti

Kişinin özü də xəsarət alıb

Sumqayıtda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin 14-cü məhəlləsində qeydə alınıb. 36 yaşlı Mehman Əkbər oğlu Rüstəmov həyat yoldaşı, 43 yaşlı Elmira Aydın qızı Məmmədovanı bıçaqlayıb. E.Məmmədova çoxsaylı bıçaq xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

M.Rüstəmov da münaqişə zamanı xəsarət alıb, ona tibbi yardım göstərilib. Fakt üzrə araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş