Sumqayıtda avtomobil aşıb

Xəbərlər

26.12.2023 - 21:08

Yol infrastrukturuna ziyan dəyib

Sumqayıtda avtomobil aşıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan KIA markalı avtomobil işıq dirəyinə çırpılıb və aşıb. Nəticədə avtomobil və işıq dirəyi yararsız vəziyyətə düşüb.

İlkin ehtimala görə, sürücü qarşısına çıxan avtomobili vurmamaq üçün manevr edən zaman maşın aşıb.

Hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş