Sumqayıtda ağac kəsən şəxs cəzalandırılıb

Xəbərlər

12.05.2021 - 16:09

Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib

 

Sumqayıt şəhəri, 30-cu məhəllə 4/6 saylı binanın yaxınlığında gecə saatlarında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və fakt təsdiqini tapıb.

 

AYNA-nın xəbərinə görə, Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı sözügedən ərazidə Ağanasib Kamilov tərəfindən 2 ağacın kəsildiyi və təbiətə 2700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Faktla bağlı akt tərtib olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Sumqayıt Şəhər Prokurorluğuna göndəriləcək. Kəsilmiş ağacların yerinə isə yeniləri əkilib".

Müəllif: Ayna.az