Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Hadisə

11.05.2024 - 22:14

Yaralının həyatını xilas etmək mümkün olmayıb

Sumqayıtda 18 yaşlı qızı maşın vurub. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Aydan Cabir qızı Əbilovanı “Chevrolet Cruse” marakalı avtomobil vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş