10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub
Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb. AYNA xəbər verir ki, bu barədə Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin rəisi polkovnik Tahir Quliyev məlumat verib.
Bildirib ki, Sumqayıt dəmir yolu vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.
Yanğınsöndürənlər tərəfindən 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.