Sülhməramlılarının avtomobil karvanı Laçın yolundan sərbəst keçib

Xəbərlər

02.02.2023 - 13:06

12 təminat-təchizat və üç minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

AYNA xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 12 təminat-təchizat və üç minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Müəllif: Ayna.az