Sülhməramlılar Qazaxıstanı tərk ediblər

Dünya

19.01.2022 - 12:03

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin sonuncu hərbçiləri Qazaxıstanı tərk ediblər

AYNA xarici mediaya istinadən xəbər verir ki, ölkəni sonuncu tərk edən hərbçilərin arasında sülhməramlı kontingentin komandanı, general-polkovnik Andrey Serdyukov da olub. 

Xatırladaq ki, KTMT-nın sülhməramlı kontingenti Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə yanvarın 6-da ölkəyə gəlib.

Qazaxıstana KTMT-ya üzv Rusiya, Belarus, Qırğızıstan, Ermənistan və Tacikistanın sülhməramlı kontingenti yerləşdirilmişdi.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş