Su anbarında batan şəxsin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub - VİDEO

Hadisə

16.10.2023 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

Dalğıc-xilasedicilər tərəfindən axtarış işlərinə başlanılıb

Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmayan şəxsin axtarışlarına başlanılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, 11 oktyabr 2023-cü il tarixində FHN-in “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Sərdar Saleh oğlu Bayramovun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb.

Bununla yanaşı, axtarış-xilasetmə zonasının genişləndirilməsi və axtarış işlərinin daha da intensivləşdirilməsi məqsədilə bu gün səhər saatlarından nazirliyin aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş