Stoltenberq NATO baş katibi səlahiyyətlərini Mark Rutteyə təhvil verib

Dünya

01.10.2024 - 14:43

Həkimlər Klinikalar SEO Xidməti

Yeni baş katib Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib

NATO-nun baş katibi Yens Stoltenberq rəsmən vəzifəsini tərk edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu gün NATO-nun mənzil-qərargahında mərasim keçirilib.

Stoltenberq rəsmi olaraq NATO baş katibinin səlahiyyətlərini Niderlandın sabiq Baş naziri Mark Rutteyə təhvil verib.

Tədbirdə çıxışı zamanı yeni baş katib Rutte Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş