Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

28.12.2023 - 13:16

Saxlanılan şəxs əvvəllər də eyni əmələ görə məhkum olunub

Bakıda soyğunçuluq yolu ilə telefon talamaqda şübhəli bilinən şəxs saxlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Qəhrəmanov müəyyən edilərək saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş