Hicran Hüseynova: “İnsanlar işləmək istəmirlər”
“Sosial yardım insanları xarab edib”. AYNA APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.
Parlamentin komitə sədri bildirib ki, insanlar işləmək istəmirlər: “Müraciət edir ki, mənə yardım düzəldin. Mən onlara iş deyirəm, amma insanlar balaca da olsa, o yardımı almağa üstünlük verir. Belə olmaz”.