Son iki gündə yol qəzalarında 11 nəfər ölüb

Xəbərlər

24.07.2023 - 13:22

Borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılıb

İyulun 22-23-də ölkə ərazisində qeydə alınan 87, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 59, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş