Son həftədə COVID-19 əleyhinə peyvənd vurulmayıb

Xəbərlər

13.11.2023 - 17:54

Ölkəmizdə vaksinasiya ilə bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda noyabrın 6-dan 12 noyabra qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş