Slovakiya Ukraynanın NATO-ya üzv olmasına qarşıdır

Dünya

07.10.2024 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazir: “Ukraynanın NATO-ya qəbulu Üçüncü Dünya müharibəsinin başlaması üçün əsas olacaq”

Slovakiyanın hökumət koalisiyasında ən böyüyü olan İstiqamət - Sosial Demokratiya Partiyası Milli Parlamentin NATO-nun Ukraynaya genişlənməsi məsələsinə səs verəcəyi təqdirdə onun əleyhinə olacaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu mövqeyi partiyanın lideri, ölkənin hazırkı Baş naziri Robert Fiko səsləndirib.

“Mən Slovakiya hökumətinin başçısı olduğum müddətdə rəhbərlik etdiyim partiyanın deputatları Ukraynanın NATO-ya daxil olması planlarını dəstəkləməyəcəklər”, - Baş nazir STVR ictimai yayımına müsahibəsində deyib.

Fiko xatırladıb ki, Ukraynanın NATO-ya daxil olması üçün Alyansa üzv olan hər bir dövlətin parlamenti tərəfindən müvafiq sazişin ratifikasiyası zəruridir: “Ukraynanın NATO-ya üzvlüyü ilə razı deyiləm. Ukraynanın NATO-ya qəbulu Üçüncü Dünya müharibəsinin başlaması üçün əsas olacaq”.

Fiko əvvəllər dəfələrlə Ukraynanın NATO-ya mümkün üzvlüyünə qarşı çıxış edib. Eyni zamanda, Slovakiya Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləyir. Rəsmi Bratislava Kiyevə humanitar yardım edir və onun Aİ-yə qəbulu planlarının həyata keçirilməsinə yardım etmək niyyətindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş