“Macarıstan hakimiyyəti xarici təzyiqlərə baxmayaraq, Ukrayna ilə bağlı sülhsevər mövqeyindən əl çəkməyəcək”
“Rusiya ilə əməkdaşlıq ölkəmizin milli maraqlarına uyğundur”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Nazir Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda bəyanatla çıxış edərək bildirib ki, "Macarıstanın milli maraqları Rusiya ilə əməkdaşlığı davam etdirməkdir".
Siyarto həmçinin bildirib ki, “Macarıstan hakimiyyəti xarici təzyiqlərə baxmayaraq, Ukrayna ilə bağlı sülhsevər mövqeyindən əl çəkməyəcək”.