Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var

Xəbərlər

21.12.2023 - 22:49

Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Şirvanda mikroavtobus qaldırıcı krana çırpılıb, xəsarət alanlar var. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Salyan-Şirvan avtomobil yolunun şəhərin hacıqəhrəmanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan mikroavtobus yolun kənarında dayanan qaldırıcı kranla toqquşub. Nəticədə Könül Əliyeva, Mətanət Sadıqova, Rəfiqə Məmmədova və Söhbət Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş