Siracla Məhərrəmin cənazələri Bakıya gətirilib - <font color=red> FOTOLAR</font>

Xəbərlər

05.06.2021 - 01:37

Həkimlər Klinikalar SEO Xidməti

Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək

 

Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olan, "Azərtac" Xəbər Agentliyinin əməkdaşı Məhərrəm Əli oğlu İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovun cənazəsi Bakı şəhərinə gətirilib.

 

AYNA Trend-ə istinadən xəbər verir ki,​ M.İbrahimovun cənazəsi Bakının Binəqədi rayonuna, S.Abışovun nəşi isə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yaşadıqları evə gətirilib.

 

 Cənazələr ailə üzvlərinə təhvil verilib.

 

Jurnalistlərlə vida mərasimi bu gün səhər saatlarında keçiriləcək. M.İbrahimov Abşeron rayonu, Şuraabad kənd qəbiristanlığında, S. Abışov isə Sumqayıt şəhərindəki H.Z.Tağıyev qəsəbə qəbiristanlığında dəfn ediləcək.





Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş