Simonyan: “Qarabağ Azərbaycanın ərazisi olub, indi də belədir”

Aktual

22.10.2024 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

“Fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub”

“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu gün də belədir”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

Parlamentin bugünkü iclasında müxalif fraksiyadan olan deputat Qeqam Manukyan “Azadlıq” radiosuna müsahibəsində dediyi sözləri Simonyana irad tutaraq, “Siz bu tezisi hardan almısınız ki, Azərbaycanın Qarabağa hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi” sualını ünvanlayıb.

Qeyd edək ki, Simonyan bir neçə gün əvvəl “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.

Simonyan müxalifətçi deputata cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, hər kəlməni müxtəlif cür yozmaq olar: “Lakin fakt faktlığında qalır ki, bizim haqqında danışdığımız ərazi, yəni Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub, indi də belədir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş