"Shacman"da külli miqdarda narkotik aşkarlanıb

Xəbərlər

18.12.2023 - 02:47

Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib

Masallıda "Shacman"ın sürücüsündən külli miqdarda müxtəlif növ narkotik vasitə aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cavad Ağayev idarə etdiyi "Shacman" markalı yük avtomobilində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan külli miqdarda heroin, əlavə olaraq metamfetamin, tiryək və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş