Səudiyyə klubu Mahir Əmrəli ilə maraqlanır

İdman

18.07.2023 - 06:39

“Abha” millimizin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Əmrəliyə Səudiyyə Ərəbistanından təklif gəlib.

AYNA Azerisport.com-a istinadən xəbər verir ki, Xorvatiya “Dinamo”sunun hücumçusunu Səudiyyə Ərəbistanının “Abha” klubu sıralarına cəlb etmək istəyir.

Qeyd edək ki, komandanın baş məşqçisi Çeslav Mixneviçdir. Onun rəhbərliyi altında Emreli Polşa “Legiya”sında çıxış edib.

Müəllif: Ayna.az