Şərurda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

Xəbərlər

19.08.2025 - 22:18

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şərur rayonu Aşağı Aralıq kəndində fəaliyyət göstərən Məmiş Əziz oğlu Dünyamalıyeva məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən AYNA.AZ-a verilən xəbərə görə, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş