Məcid Xadəmi ABŞ-İsrail hücumunda öldürülüb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəisi, general-mayor Məcid Xadəmi ABŞ-İsrail hücumunda öldürülüb. AYNA.AZ “Fars” agentliyinə istinadən bildirir ki, bu barədə SEPAH-dan məlumat verilib.
Məlumata görə, Məcid Xadəmi 6 aprel səhəri ölüb.
SEPAH onu təxminən yarım əsr ərzində inqilaba, rejimə və İslama “səmimi və cəsarətlə xidmət edən çox hörmətli bir general” adlandırıb.
SEPAH həmçinin Xadəminin ölkənin kəşfiyyat və təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəni qeyd edib.