SEPAH Hərbi Hava Qüvvələrinin komandanı həlak olub

Dünya

13.06.2025 - 16:21

cedabet dərman SEO Xidməti

Əmirəli Hacızadə İsrailin hücumları zamanı öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadə İsrailin hücumlarında öldürülüb. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

"İsrail qırıcıları gecə ərzində SEPAH Hərbi Hava Qüvvələrinin yeraltı qərargahına zərbələr endirib. Komandir Əmirəli Hacızadə və yüksək rütbəli zabitlər, o cümlədən pilotsuz təyyarə rəisi Taher Pour və hava hücumundan müdafiə rəisi Davud Şeyxian öldürülüb", - deyə vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş