Oğurluqda şübhəli bilinən rayon sakini saxlanılıb
Şəmkir rayonunda mağazada oğurluq hadisəsi olub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 3 000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini Z.Seyidov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.