Hər iki yaralı xəstəxanaya aparılıb
Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon Çənlibel kəndindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində, 1996-cı il təvəllüdlü Vüqar Məmmədov və 1980-ci il təvəllüdlü Xalidə Asimova müxtəlif bədən xəsarətləri alıblar.
Hər ikisi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.