Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub

Hadisə

10.11.2025 - 13:21

Qida Təhlükəsizliyi Agentliyi hadisə barədə məlumat yayıb

Şəmkir rayonunda iki ayrı dönərxanada baş verən zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, hadisənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə AQTA tərəfindən məsələ nəzarətə götürülüb.

"Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırma davam edir", - məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş