Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.
Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü E.İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.