Sel suları bir-neçə rayonda yol infrastrukturuna ziyan vurub

Xəbərlər

18.09.2023 - 12:21

Yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir

Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi ərazilərə dərhal agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.

Müəllif: Ayna.az