Sel Qubada fəsadlar yaradıb

Hadisə

12.06.2023 - 01:01

Həkimlər Klinikalar SEO Xidməti

Sel nəticəsində xəsarət alan yoxdur

İyunun 11-i günorta saatlarından başlayaraq Qubada yağan güclü yağış çaylarda suyun səviyyəsini artırıb, sel təhlükəsi yaradıb.

AYNA “AzərTac”a istinadən xəbər verir ki, Vəlvələçayda yaranan sel suları çayın kənarında Təngə dərəsi adlanan ərazidə yerləşən istirahət mərkəzinin bəzi avadanlıqlarını aparıb. Bundan başqa yağış nəticəsində yaranan sel suları dağlıq kəndlərdə həyətlərə dolub, Yuxarı Digah kəndində isə daş hasarı uçurub.

Sel nəticəsində xəsarət alan yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş