Şəkidə məhkumun vaxtilə basdırdığı silah aşkarlanıb

Xəbərlər

09.12.2023 - 01:42

Həkimlər Klinikalar SEO Xidməti

Tüfəng Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb

Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşakar edilərək götürülüb.

Bu barədə AYNA-ya Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş