Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb

Xəbərlər

24.07.2025 - 10:17

Şəkidə 3 aylıq körpə boğulma nəticəsində ölüb

Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb. AYNA.AZ-ın məlumatına görə, hadisə rayonun Cumakənd kəndində qeydə alınıb.

3 aylıq körpə A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.

Məlumata görə, valideynləri körpəni Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş