Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Şəki şəhərində ümumi sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xaçmaz rayonunda isə, ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.