Şəhidimiz dəfn edilib

Xəbərlər

16.04.2021 - 13:12

6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli torpağa tapşırılıb

 

Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub.

 

AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

 

Qeyd edək ki, Ş. Hüseynli oktyabrın 20-də yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

 

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az