Şəhid Orxan Əsgərov dəfn edilib

Xəbərlər

30.01.2023 - 12:52

O, İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. AYNA xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Dəfn mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Tehrandakı səfirliyimizə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıblar. Ötən gün yerli vaxtla saat 22:00 radələrində şəhidimizin nəşi, xəsarət alanlar, səfirliyin digər əməkdaşları və ailə üzvləri Bakıya gətirilib. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti tam dayandırılıb.

Şəhid Orxan Əsgərov dəfn edilib
Müəllif: Ayna.az