Şəhid adından istifadə edib pul yığan şəxs saxlanılıb

Xəbərlər

28.02.2025 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib

Şəhid adından istifadə edib pul yığan şəxs saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, fevralın 27-də şəhidin adından istifadə edib pul yığılması barədə polisə məlumat daxil olub.

Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhidin adına videogörüntü paylaşılaraq pul toplanılması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 23 yaşlı Nəbi Cəfərov müəyyən olunaraq saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş