“Moskva Podqoritsa ilə heç bir məsələ ilə bağlı danışıqlar aparmır”
“Monteneqro Rusiya ilə demək olar ki, bütün əlaqələri kəsib”. AYNA xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Vladislav Maslennikov “İzvestiya”ya müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Moskva Podqoritsa ilə “heç bir məsələ ilə bağlı danışıqlar aparmır”.
Səfir həmçinin qeyd edib ki, turizm mövsümündə ruslar üçün 90 günlük vizasız qalma təcrübəsinin bərpası üçün heç bir ilkin şərt yoxdur.
Bundan əvvəl Monteneqro Rusiyanın 20 media orqanına girişi məhdudlaşdırıb. Məhdudlaşdırıcı tədbirlərə “Birinci Kanal”, “Rossiya 1”, REN TV, “Rossia 24”, “Sputnik”, RT kanalı və onun digər ölkələrdəki filialları və digər KİV daxildir. Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da öz növbəsində hadisəni “senzura və millətçilik aktı” adlandırıb.