“Sədərək” ticarət mərkəzində güclü yanğın başlayıb

Hadisə

08.01.2023 - 19:47

Həkimlər Klinikalar SEO Xidməti

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

AYNA-nın xəbərinə görə, nazirlikdən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş