Görüşlər üçün ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub
Növbədənkənar prezident seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı məlum olub. AYNA xəbər verir ki, bu barədə siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.
Qurumun rəsmi saytında yerləşdirilən siyahıya əsasən, şəhər və rayonlarda 125 seçki dairəsi üzrə daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.
Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.
MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək ilk seçkidir.