Seçki dairələrindən birinin nəticələri ləğv olundu

Xəbərlər

13.02.2020 - 17:00

cedabet dərman SEO Xidməti

Bu dairənin lider namizədi Çingiz Qənizadə idi

 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

 

AYNA xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

 

MSK katibi bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb: "Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib".

 

"Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilib", - A.Muxtarova qeyd edib.

 

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

 

Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş