Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi prosesi başa çatdırılıb

Xəbərlər

04.02.2024 - 14:33

6 milyon 524 min 203 seçki bülleteni çap olunub

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb.

AYNA xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır.

Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş